Məlum həqiqətdir ki, müstəqil dövlətin əsas atributlarından biri onun ordusudur. Ordu hər bir dövlətin müstəqilliyinin, yaşamının qarantıdır. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən dərhal sonra mənfur düşmənlərimiz olan erməni faşistlərinin məkrli əməlləri ilə üzləşdi. Yaranmış tarixi fürsətdən istifadə edərək, quldur ermənilər öz havadarlarının təpədən dırnağa qədər silahlanmış hərbi birləşmələrinin köməkliyi ilə Azərbaycan ərazilərini bir - birinin ardınca işğal etməyə başladılar. Əlbəttə, torpaqlarımızın işğalında o, zamankı idarəçilərin səriştəsizliyi və ölkəni vətəndaş müharibəsi həddinə gətirmələri də əsas amillərdən biri idi. Əgər 1993 - cü ildə Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsəydi, erməni işğalının miqyasını belə, təsəvvürə gətirmək olduqca çətin olardı. Məhz Heydər Əliyevin uzaqgörən siyasi irsdəsinin nəticəsində 1994 - cü ildə Bişkekdə Azərbaycan və Ermənistan arasında atəşkəs müqaviləsi imzalandı. Bu müqavilə Azərbaycanın nəfəs alması və ordu quruculuğuna başlaması üçün əlverişli zəmin yaratdı. Güclü ordu yaratmaq üçün də əsas amillərdən biri ölkənin güclü iqtisadiyyata malik olmasıdır. Məhz bu amili əsas götürərək Ümummilli Lider Heydər Əliyev 1994 - cü ilin 20 sentyabr tarixində Beynəlxalq Neft Konsorsiumu ilə məşhur Əsrin müqaviləsini imzaladı. Bu müqavilə Azərbaycan iqtisadiyyatına öz töhfələrini verməyə başladı. Məhz bu müqavilələrin nəticəsində ölkə iqtisadiyyatı sürətlə inkişaf etməyə başladı. Təsadüfi deyildir ki, Ölkə Prezidenti cənab İlham Əliyev qeyd edirdi ki, tezliklə bizim hərbi büdcəmiz Ermənistanın ümumi dövlət büdcəsindən çox olacaqdır. Cənab İlham Əliyevin bu sözləri tezliklə reallaşdı. Nəticə isə göz qabağındadır. Azərbaycan 30 il ərzində erməni işğalında olan torpaqları 44 günlük Vətən müharibəsi ilə mənfur erməni faşistlərinin işğalından azad etdi. Vətən torpaqlarının işğaldan azad edilməsi ordunun dəyərini bir qədər də artırdı və ordunun gücləndirilməsi, müasir silahlarla təmin edilməsi hal - hazırda da prioritet məsələlərdən biri kimi Ölkə Rəhbərinin diqqət mərkəzindədir. Azərbaycan Prezidenti iyun ayının 26 - da, Silahlı Qüvvələr günündə Kəlbəcər rayonunda yeni yaradılmış Komando qüvvələri hərbi hissəsinin açılışında çıxış etmişdir. Ölkə Başçısı bu torpaqların necə bir füsünkar təbiətə malik, təbii ehtuyatlarla zəngin olduğunu vurğuladı. O , qeyd etdi ki, təəssüf ki, bu cənnət məkan 30 ilə yaxın vəhşi ermənilərin işğalı altında qalmışdır. Əıbəttə, bu illər ərzində biz daima çalışırdıq ki, torpaqları sülh yolu ilə, heç bir qan tökülmədən azad edək. Ancaq öz havadarlarına arxalanan quduzlaşmış düşmən hər vəchlə sülh danışıqlarından yayınır, işğal prosesini yubatmağa çalışır, Azərbaycan ərazilərindən özünə pay umurdu. Bütün bunlara baxmayaraq, düşmən də gözəl bilirdi ki, Azərbaycan heç vaxt torpaqların bir qarışından da vaz keçməyəcəkdir. Artıq beynəlxalq təşkilatların da bütün cəhdləri boşa çıxırdı. Çünki, beynəlxalq təşkilatların Ermənistana hər hansı bir sankiya tətbiq edib, onu sülhə məcbur etmə gücü yox idi. Belə olan təqdirdə bu məsələni Azərbaycan özü öz gücünə həll etmək məcburiyyətində qaldı. Haqq ölkəmizin tərəfində idi. Xalq - hakimiyyət birliyi də buna imkan yaradırdı. Məhz bu birliyin nəticəsində ordumuz Ali Baş Komandanın əmri ilə əks hücuma keçdi və qısa zaman kəsiyində - cəmi 44 gün ərzində - torpaqlarımız murdar erməni faşistlərindən azad edildi. Ordumuz düşmən ordusunu darmadağın edərək, onu ağ bayraq qaldırmağa məcbur etdi. Düşmən kapitulyasiya aktına imza atdı və işğal altındakı Ağdam, Kəlbəcər və Laçın rayonları heç bir güllə atılmadan boşaldıldı. Əlbəttə, həmin torpaqlar döyüş yolu ilə də olsa mütləq azad ediləcəkdi. Ancaq bu zaman itkilərimiz çox olacaqdı. Azərbaycan Prezidenti əlavə etdi ki, biz müharibədən sonra dərhal quruculuq - bərpa işlərinə başladıq. İndi bu yerlərin hər tərəfində geniş quruculuq işləri aparılır, infrastruktur bərpa edilir. İşğaldan azad edilmiş ərazilərdə tikintisi nəzərdə tutulmuş üç aeroportdan Füzuli aeroportu artıq təyyarələri qəbul edir. Zəngilan aeroportu bu ilin sonunda istifadəyə veriləcəkdir. Tikintisi davam etdirilən Laçın aeroportu isə 2024 - cü ildə istifadəyə veriləcəkdir. Muovdağın altından çəkilən 11.5 kilometrlik tunelin tikintisi sürətlə davam etdirilir. Əlbəttə bunlar həyata keçirilən iri miqyaslı tikintilərdir. Bu gün də təəfimizdən Kəlbəcərdə İstisu sanatoriyası və İstisu istehsalı zavodunun təməli qoyuldu. Diqqətlə nəzər saldıqda görülən işlərin miqyası daha böyükdür . Bütün bunları Azərbayca yalnız öz vəsaiti hesabına, heç kəsdən bir qəpik də olsun maliyyə yardımı almadan həyata keçirir. Görülən quruculuq işləri ilə paralel olaraq, ölkəmiz ördu quruculuğunu da daim diqqət mərkəzində saxlayır. Düşmənlə sərhəddə yaxın ərazilərdə hərbi hissələr inşa edilir, sərhəddə postlar qurulur. Bu məqama Ölkə Başçısı İlham Əliyev də "Komando" qüvvələri hərbi hissəsinin açılışında çıxış edərkən xüsusi diqqət yetirdi. O , qeyd etdi ki, altı ay bundan öncə, 2021 -ci il dekabr ayını 24 - də Hadrutda Komando hərbi hissəsinin açılışı olub. İndi isə Kəlbəcər rayonunda ikinci belə hərbi hissənin açılışını edirik. Biz sərhədlərimizin mühafizəsini daha güclü şəkildə təşkil etməliyik. Düşmən hər an Azərbaycan əsgərinin nəfəsini başı üzərində hiss etməlidir. Ermənistandakı bəzi revanşist qüvvələr də bunu qulaqlarında sırğa kimi hiss etməlidirlər. Onlar anlamalıdır ki, onların bizim lə sülh şəraitində yaşamaqdan başqa alternativləri yoxdur. Qarabağ Azərbaycandır! Rəhbər Cavadov, Xocalı rayon gənci, şəhid övladı